RU
“Azəriqaz”ın işçisi qaz xəttini kəsərkən yıxıldı
10:46
867

“Azəriqaz”ın işçisi qaz xəttini kəsərkən yıxıldı

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin işçisi yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə Xəzər rayonu, Türkan qəsəbəsində bir neçə gün öncə baş verib. 

İB-də qaynaqçı işləyən Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhərrəm Məhərrəmov qəsəbə sakini 1989-cu il təvəllüdlü Samir Mayılovun bir müddətdir ödəniş etmədiyi üçün ona məxsus evə gedən qaz xəttini kəsərkən hasardan yıxılaraq əsarət alıb. Yaralı vəziyyətdə Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. “Azəriqaz” işçisinin kənar müdaxilə nəticəsində yıxılıb-yıxılmadığı barədə araşdırma aparılır. /qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ