RU
“Azərişıq” ASC-yə məxsus transformatordan oğurluq edən şəxs saxlanıldı
23:50
1061

“Azərişıq” ASC-yə məxsus transformatordan oğurluq edən şəxs saxlanıldı

"Azərişıq” ASC-yə məxsus transformatordan oğurluq hadisəsi olub.

DİN-in Mətbuat Xidmətindən 7NEWS.Az-a verilən məlumata görə,  Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.R.Ulutürk küçəsindəki "Azərişıq” ASC-yə məxsus transformatordan 10 ədəd rele və 20 kiloqram mis oğurlaması hadisəsi qeydə alınıb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən edilərək saxlanılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ