Bu il "Azərişıq” ASC-nin elektrik enerjisi üzrə texniki itkilərinin 8,3 % təşkil edəcəyi gözlənilir.
Bunu "Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda keçirilən mətbuat konfransında deyib.
R.Quliyev əlavə edib ki, maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində "Azərişıq” ASC son 10 il ərzində mühüm uğurlar əldə edib: "Bu müddət ərzində enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itkilər isə 13,9 %-dən 8,5 %-ə endirilib".








