RU
11:50
67

"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub.

Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

ASC əməkdaşı hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ