RU
“Azərişıq” yeni ofis binasını istifadəyə verdi
13:38
1140

“Azərişıq” yeni ofis binasını istifadəyə verdi

Biləsuvar rayonunda "Azərişıq" ASC-nin yeni inşa olunmuş inzibati binası əməkdaşların və həmin rayondan olan abonentlərin istifadəsinə verilib.

Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və bölüşdürülüb.

Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacaqdır.

7News.az

“Azərişıq” yeni ofis binasını istifadəyə verdi - Foto

“Azərişıq” yeni ofis binasını istifadəyə verdi - Foto

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ