RU
“Azərişıq”dan sayğacdakı problemlə bağlı
12:23
1878

“Azərişıq”dan sayğacdakı problemlə bağlı

“Azərişıq” ASC balansında vəsait olan sayğaclarda belə elektrik enerjisinin dayandırılmasına aydınlq gətirib.

“Azərişıq” ASC-nın mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, sayğacın ekranında görünən məbləğ abonentin borcudur: “Abenont işığı sönən zaman kreditgötürür. Kredit məbləği bitdikdə elektrik enerjisi dayanır və sayğacın ekranında borcun məbləği əks olunur. Abonent borc məbləğini görüb balansında pul olduğunu zənn edir. Halbuki, bu, abonentin minimum ödəməli olduğu məbləğdir, yəni borcdur. Abonent pulu ödədikdən sonra sayğacın mavi düyməsini 2 dəfə sıxır, avtomatik olaraq sayğac kredit borcunu çıxır və balansda qalan məbləğ əsasında elektrik energisi təchizatı avtomatik bərpa olunur. Bu tipli sayğaclarda şənbə, bazar və qeyri-iş günlərində abonentin balansındakı vəsait qurtarsa belə, növbəti iş gününə kimi elektrik enerjisi ilə təmin olunurlar”.

Qeyd edək ki, Xəzər TV-nin yayımladığı süjetdə Nəsimi rayonu Asim Məhərrəmov küçəsi 36, mənzil 2-də yaşayan Sevil Tağıyeva işıq sayğacında pul olduğu halda işıqlarının söndüyünü bildirir. Əlavə pul yüklənildiyində belə enerjinin bərpası təmin edilmir. O, bina sakinlərinin bu problemlə tez-tez rastlaşdıqlarını deyir./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ