RU
Azərkeşlər millimizin forvardına hücum çəkdilər
17:50
763

Azərkeşlər millimizin forvardına hücum çəkdilər

Millimizin üzvü Dəniz Yılmazın işləri düz gətirmir.

"Qafqazinfo” xəbər verir ki, "Bursaspor”da çıxış edən hücumçunun oyunu azarkeşləri qane etmir.

Türkiyə Super Liqasının son – 7-ci turunda "Kayserispor”dan alınan məğlubiyyət bursalı azarkeşləri özündən çıxarıb. Belə ki, 90 dəqiqə meydanda heç nə ilə fərqlənə bilməyən Yılmaza Kayseri hava limanında bursalı azarkeşlər hücum çəkib. Klub rəsmilərinin araya girməsindən sonra aranı sakitləşdirmək mümkün olub.   

Qeyd edək ki, ötən ilin noyabrından yığmamıza cəlb edilən Dəniz keçirdiyi 2 görüşdə fərqlənə bilməyib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ