RU
“Azərsu” ASC-yə 12 milyon manat ayırıldı
19:45
1046

“Azərsu” ASC-yə 12 milyon manat ayırıldı

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti  İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7news.Az-ın xəbərinə görə, sərəncama əsasən əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılır.

Sərəncama görə,  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ