RU
“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO
19:00
577

“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO

Bu gün günorta saatlarında Qax şəhərində "Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Musayeva Firəngiz Ziyəddin qızı ASC əməkdaşları ilə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qax şəhər sakini Firəngiz Musayevanın həmin məsələ ilə əlaqədar DİN-in "102” Zəng Mərkəzinə etdiyi müraciəti əsasında hazırda Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ