Xəbər verdiyimiz kimi, bu gün Ələt - Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Fətulla Abdulovun idarə etdiyi 90-MZ-590 nömrə nişanlı "Mercedes" avtomobili Lənkəran şəhər sakini Arzuman Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı "Ford" markalı yük maşını Azərsu"ya aiddir.
7news.az-ın məlumatına görə, qəza ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ans press-ə açıqlamasında bildirdi ki, faktla bağlı hadisə yerində araşdırma aparılır: "Sürücümüz yüngül xəsarətlər alıb. Hadisənin dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra tam müəyyənləşəcək. Hadisəni diqqətdə saxlayırıq".
7news.az








