Mingəçevirdə isə “Azərişıq” MMC-nin əməkdaşı ölüb.
“Azərsu” ASC-nin su anbarında faciəli hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb.
Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.
Digər bir bədbəxt hadisə isə “Azərişıq” MMC-də baş verib.
Belə ki, dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır./oxu
7news.az








