RU
13:37
9786

"AZPETROL"da nə baş verir - RƏHBƏRİ İŞDƏN ÇIXARILDI (ÖZƏL)

Daha bir vəzifəli şəxs tutduğu postdan kənarlaşdırılıb.

7News.az
-a daxil olan məlumata görə, bugün Azpetrol Şirkətinin Baş direktoru Hüseynağa Rəhimov tutduğu vəzifədən azad edilib.

Hüseyağa Rəhimov isə 2005-ci ildən şirkətə rəhbərlik edirdi. Onun hansı səbəbdən işdən azad olunması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Şirkətlə əlaqə saxlamağa çalışsaq da bu hələki mümkün deyil. Məlumat yenilənəcək.

Xatırladaq ki, 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin иstismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ