RU
Azәrbaycan tarix yazmaqda davam edir - Video
09:01
784

Azәrbaycan tarix yazmaqda davam edir - Video

"DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində III turun oyunları keçirilib.

7News.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması səfərdə Çexiya komandasının qonağı olub.

İlk iki oyunda qələbə qazanan Robert Prosineçkinin yetirmələri bu qarşılaşmada da sərfəli nəticə qazanıblar. "Mestiski” stadionunda keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Bununla da, millimiz çətin səfər qarşılaşmasında aktivinə bir xal yazıb.

Azәrbaycan millisi seçmә mәrhәlә tarixindә ilk dəfə 3 oyun ard-arda, eyni zamanda qol buraxmadan xal qazanır.

Bu qrupun digər oyunlarında Almaniya millisi doğma meydanda Şimali İrlandiya yığmasını 2:0, Norveç isə San-Marino komandasını 4:1 hesabı ilə məğlub edib.

 

 


Turun cədvəli:

1.

Almaniya

3

3

0

0

8:0

9

2.

Azərbaycan

3

2

1

0

2:0

7

3.

Şimali İrlandiya

3

1

1

1

4:2

4

4.

Norveç

3

1

0

2

4:5

3

5.

Çexiya

3

0

2

1

0:3

2

6.

San-Marino

3

0

0

3

1:9

0


 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ