RU
AzTV sədrini öldürmək istəyənlərlə bağlı YENİ XƏBƏR
13:22
283

AzTV sədrini öldürmək istəyənlərlə bağlı YENİ XƏBƏR

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət araşdırılması üçün hakim Vidadi Cəfərovun icraatına verilib.

İlkin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Aqşin Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Şücayət Əkbərov, Qoçəli Cəbiyev və Zöhrab Şirinov apelyasiya şikayəti veriblər.

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ