Çində qız uşağına işgəncə edildiyi görünən videonun ortaya çıxması ölkədə böyük rezonansa səbəb olub.
7News.az sözcü-yə istinadən xəbər verir ki, 40 saniyəlik videoda bir qadının yerdə ağlayan uşağın üzərinə motosiklet sürdüyü görünür. Üstəlik, qadın dayanmayaraq uşağın ayaqlarını əzir.
Video ortaya çıxdıqdan sonra hərəkətə keçən Çin polisi 29 yaşlı qadını sorğu üçün bölməyə aparıb.
Qadının işgəncə etdiyi qız uyşağının 50 yaşlı babasıyla yaşadığı məlum olub. Soyadı Çen olan qadın polisə verdiyi ifadədə qızı yalnız qorxutmaq üçün bu addımı atdığını deyib.
Valideynlərinin boşandığı üçün babasının baxdığı uşaq hadisə sonrası atası tərəfindən himayəyə götürülüb.
Polisin istintaqından sonra qadın və baba haqqında iddia açılıb-açılmayacağına qərar veriləcək.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










