Azərbaycanda iki şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
7News.Az bu barədə DİN-in rəsmi saytına istinadən məlumat verir.
Belə ki, iyulun 8-də Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Murtuzəli Musayev transformatorda təmir işləri apararkən elektrik cərəyanı vurmasından ölüb.
Analoji hadisə Şəmkirdə də qeydə alınıb. İyulun 8-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan azyaşlı Oruc İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.








