Azyaşlını zorlayan şəxsi bu hala saldılar polis əllərindən aldı- ŞOK VİDEO
7News.Az Oxu24.com-a istinadla xəbər verir ki, ata iki yaxın qohumu ilə birləşərək oğlunu cinsi istismar edən avtobus sürücüsünü döyüb.
Hadisə İstanbulda yaşanıb. Bu barədə "Hurriyet” xəbər yayıb.
Bildirilir ki, polisə bir kişinin üç nəfər tərəfindən döyüldüyü barədə məlumat daxil olub.
Hüquq mühafizəçiləri hadisə yerinə getdikdə ərazidə qaçan yarıçılpaq bir kişini görüblər. Onun üz-gözü qan içində idi. Məlum olub ki, bu şəxs məktəb avtobusunun sürücüsüdür. Sonradan ona hücum edənlər də saxlanılıb.
Hadisə ilə bağlı istintaqa başlanılıb. Uşaq cinsi istismar şübhəsi ilə həkim müayinəsinə aparılıb.








