RU
Azyaşlıya qarşı əxlaqsız hərəkət edən 5 nəfər saxlanıldı
16:58
117

Azyaşlıya qarşı əxlaqsız hərəkət edən 5 nəfər saxlanıldı

"Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız tərəfindən müraciət daxil olub”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb:

"Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ