RU
Azyaşlıya qarşı seksual hərəkət edənlərin məhkəməsi başlayıb
00:28
702

Azyaşlıya qarşı seksual hərəkət edənlərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşı tamam olmayan şəxsə qarşı zorla seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.

Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilən 1990-cı ilə təvəllüdlü E.H və 1993-cü il təvəllüdlü T.B-nın anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 3-nə təyin edilib./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ