Bu gün səhər saatlarında Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Prospektlə hərəkət edən BMW markalı avtomobil yol ayrıcında yerləşən işıq dirəyinə dəyərək yol-nəqliyyat hadisəsi törədib. Nəticədə hazırda Babək prospektində böyük tixac yaranıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın ilkin səbəbləri kimi yağmurlu hava şəraiti və yüksək sürət ehtimal olunur./trend
7news.az














