Paytaxtda, Babək prospektində yol qəzası baş verib.
Hadisə səhər saatlarında qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-DL-068 dövlət nömrə nişanlı, "Jeep Grand Cherokee" markalı avtomobillə, 90-PC-446 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "Jeep" yoldakı işıq dirəyinə dəyərək onu aşırıb, daha sonra isə yol kamerasının dirəyinə dəyərək dayanıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Jeep Grand Cherokee" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, sürüclərdən biri yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır./ATV
7News.az








