İstanbulda bir bağçada uşaqların sinif müəllimləri Yasemin A.-nın cinsi istismarına, zorakılıq və təhdidinə məruz qaldığı iddia edilir.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, 3,5 yaşlı D.K.-nın anası Özden K. vəziyyəti məktəb direktoru Yıldız B.-yə izah edib.
Müəllim Yasemin A.-nın uşaqların cinsiyyət orqanlarına toxunduğu, azyaşlıların yanlarında soyunub onların sinəsiylə oynadığı görüntüləri Özden K. əldə edib. Valideyn Özden K. görüntülərlə əlaqədar prokurorluğa müraciət edib.
Müəllimə qarşı qaldırılan iddiada onun 38,5 ildən 50 ilə qədər həbsi istənilir.
7News.az








