RU
Bağçada uşaq pilləkəndən yıxıldı
10:45
724

Bağçada uşaq pilləkəndən yıxıldı

Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli Körpələr Evi-Uşaq bağçasında 2013-cü il təvəllüdlü Ələkbərli Əli Hikmət oğlu nəzarətsiz qalaraq pilləkənlərdən yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ