RU
Bağçada yaşayan köçkün ailəsindən oğurluq - 27 minlik
23:30
447

Bağçada yaşayan köçkün ailəsindən oğurluq - 27 minlik

Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

7news.az report-a istinadən məlumatına görə, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ