Rusiyada 5 yaşlı iki qız uşağı bağçadan qaçıb.
Şaxtalı havada uşaqlar ölümdən son anda qurtula biliblər.
Əllərində əlcəyi olmayan uşaqların -45 dərəcə soyuqda bağçadan qaçış anı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Qaçan qızlardan Lenanın anası Evdokia Kutukova qızının 3 barmağının donduğunu və eləcə ağladığını söyləyib.
Hadisə ana bağçaya gələn zaman ortaya çıxıb. O, qızının gödəkçəsinin asılqanda olmadığını görüb və bağçada işləyənlərə xəbər verib. Bu zaman ana qızının rəfiqəsinin də bağçada olmadığını görüb. O, dərhal uşağın ailəsinə xəbər verib. Ailəsi qızlarından xəbərsiz olduqlarını söyləyiblər.
Lenanın babası qızına zəng edərək göz yaşları içində nəvəsinin onlara gəldiyini bildirib.
Bağçadan qaçan digər qız isə polislər tərəfindən 1 saat sonra başqa bir evdə tapılıb.

7News.Az