RU
`Bağçalara maraq azalır` iddiasına
15:57
1063

`Bağçalara maraq azalır` iddiasına

Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyi tərəfindən ümumtəhsil ocaqlarında məktəbəhazırlıq kursları təşkil ediləcək və qərarla 2020-ci ilə qədər onun əhatə dairəsi 90 faizə çatdırılacaq.

Məlumdur ki, ölkədə məktəbəqədər təhsil uşaq bağçalarında verilir və uşaqlar məktəbə hazırlanırlar. Lakin ölkə üzrə məktəbəqədər müəssisələrin yetərincə olmaması bu sahədə problemlər yaradırdı. Digər tərəfdən bu qərarın verilməsi artıq valideynlər tərəfindən bağçalara marağın azalması və onların əhəmiyyətinin itəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə deyilənləri inkar edir. 

Nazirlik rəsmisi açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı məktəbəhazırlığın əhatə dairəsinin genişlənməsinə xidmət edir. 

“Məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən məktəbəhazırlıq təhsili ölkə üzrə bütün uşaqları əhatə etmir. Buna görə məktəblərdə dövlət hesabına məktəbəhazırlıq həyata keçiriləcək ki, uşaqların təhsilə cəlb olunması genişlənsin. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında hədəf qoyulub ki, 2020-ci ilə qədər uşaqların məktəbəhazırlıqla əhatəsi 90 faizə çatdırılsın”. 

Məktəblərlə yanaşı bağçalarda da məktəbəhazırlığın öz qaydasında davam edəcəyini deyən şöbə müdiri vurğulayıb ki, bu qərar məktəbəqədər təhsil müəssisələrinin inkişafına mane olmayacaq və ya onları kölgədə qoymayacaq.

“Bağçaların statusu başqadır. Uşaqlar 1 yaşdan bağçalara qoyulur. Çox güman ki, onlara bu qərar təsir etməyəcək”.

Məlum qərardan öncə bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılacağı ilə bağlı müzakirələr gedirdi. A.Əhmədov isə bu məsələləri şərh etmək istəmədiyini deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ