ABŞ-da bir ailənin iki qız övladı klubda əylənmək üçün gecə saatlarında evdən çıxmağın yolunu tapıblar.
Bacılar onlara gecə saatlarında evdən kənara çıxmağı qadağa edən analarını aldatmaq fikrinə düşüblər. Belə ki, qızlar oyuncaqdan süni saç kəsib yataqlarında yorğanın altına qoyaraq tez-tez qapını açıb onları yoxlayan analarını aldatmağa cəhd etsələr də, valideyn qızlarının bu sirrinin üstün açıb.
Yorğanı qaldıran valideyn qarşılaşdığı mənzərə qarşısında ilk dəfə təəccüblənsə də, sonradan qızlarının bu oyununu çəkərək sosial şəbəkədə yayıb./milli.az
7news.Az










