Bir müddət əvvəl Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cərimələnən "Hayatta her şey var" verilişində yenə əxlaqsızlıq təbliğ olunub.
Türkiyənin Beyaz TV kanalından yayımlanan veriliş saxta etiraflarla yenə diqqət mərkəzindədir.
7News.Az Haberler-ə istinadla xəbər verir ki, bu dəfə də verilişdə belə bir olay yaşanıb.
Belə ki, əvvəlcədən ssenariləşdirilmiş plana əsasən, qadın efirə zəng edərək bacısının ərindən narazılığını bildirib.
Lakin aparıcıların reaksiyasından deyilənlərin qurma olduğu aşkar şəkildə görünür.
Verilişə zəng edən qadın efirdə: "Bacımın əri mənə aşiqdir. Bunu bacıma deyə bilmirəm. Mənə deyir ki, bacını boşayıb, səni alacam".
Verilişin saxta etiraflarından "boğaza yığılan" izləyicilər sosial şəbəkələrdə proqrama etiraz edib, bağlanılmasını istəyiblər.
7News.Az











