Bacısını öldürməyə cəhddə təqsirləndirilən Toğrul Səfərovun məhkəməsi başlayır.
7News.Az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nizami Quliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Ağcabədi rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü T.Səfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bacısı 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə bıçaqla xəsarət yetirərək öldürməyə cəhd edib.
T.Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.








