RU
Bacısını telefonla danışdığı üçün öldürdü - DƏHŞƏTLİ QƏTL
12:47
386

Bacısını telefonla danışdığı üçün öldürdü - DƏHŞƏTLİ QƏTL

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

7News.Az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü  Arzu Cəfərova qardaşı Hikmət Sadıqov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Arzu Cəfərova telefonda danışarkən qardaşı Hikmət ondan kiminlə danışdığını soruşub. Arzu isə telefonda kiminlə danışdığını bildirməyib. Qardaş və bacı arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində Hikmət Arzunu qətlə yetirib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ