RU
Bacısının nişanlısını öldürən şəxs 13 il müddətinə cəzalandırılıb
12:14
819

Bacısının nişanlısını öldürən şəxs 13 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elvin Cavadovun (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldrmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il fevralın 13-də Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində Elvin Cavadov aralarında yaranmış şəxsi münasibətlərin mübahisəsi zəminində bacısının nişanlısı Habil Abdullayevi (1991-ci il təv.) qətlə yetirib. İstintaq materiallarına görə, qətlə yetirilən H.Abdullayev gələcək qayınatasından nişanlısı ilə görüşmək üçün icazə istəməyə gəlib. Qızın qardaşı Elvin isə buna etirazını bildirib və mübahisə zamanı o, Habilin döş qəfəsinə bıçaqla xəsarət yetirib, ürək nahiyəsindən yaralanan gənc 3 saylı kliniki xəstəxanaya aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Hadisəni törədən E.Cavadov könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə gələrək, təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün qəsdən öldürdüyünü bildirib.

Məhkəmə prosesində E.Cavadov ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ