RU
Bağdadda baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb
21:01
538

Bağdadda baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb

Bağdadda bir-birinin ardınca baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Paytaxtdan 25 km aralıda törədilən ilk partlayış zamanı 5 polis əməkdaşı və 1 dinc sakin ölüb.

İkinci partlayış Bağdadın şimal-qərb hissəsində baş verib, 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daha bir terror aktı şəhərin cənubunda törədilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

BMT-nin məlumatına görə, sentyabr ayında İraqda 717 insan zorakılığın qurbanı olub, 1 200 nəfər yaralanıb./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ