İraqın paytaxtı Bağdadda partlayış baş verib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Cədid bölgəsində minalanmış avtomobil partlayıb. Məlumata görə, insident nəticəsində 8 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Hadisəni hələlik heç bir qruplaşma üzərinə götürməyib.
7news.Az








