RU
Bağdadda terror aktı:
14:00
1444

Bağdadda terror aktı:

İraqın paytaxtı Bağdad şəhərində törədilən terror aktı nəticəsində ən azı 10 ölüb, 20 nəfər yaralanıb.

7news.Az Reuters-ə istinadən xəbər verir ki, şəhərin şimalında, əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-buraxılış məntəqəsinin qarşısında terrorçu-kamikadze özünü partladıb.

Ölənlərin ikisi polis əməkdaşı, səkkizi mülki şəxsdir.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ