RU
Bağdadda terror: ölənlərin sayı 165-ə yüksəlib, 168 yaralı var
10:30
1724

Bağdadda terror: ölənlərin sayı 165-ə yüksəlib, 168 yaralı var

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.
 
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İraqın güc strukturundakı mənbəyə istinadən 131 nəfərin öldüyünü xəbər vermişdi.
 
Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.
 
Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib. /apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ