RU
Bağdadda üç partlayış
10:54
523

Bağdadda üç partlayış

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində üç partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Birinci partlayış Bağdaddan 25 km. şimalda yerləşən buraxılış məntəqəsində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Partlayış zamanı beş qanun keşikçisi ölüb, bir mülki şəxs yaralanıb.

İkinci partlayış şəhərin şimal-qərb rayonunda qeydə alınıb.

Burada iki nəfər ölüb, 9 nəfər yaralanıb. Üçüncü partlayış paytaxtın cənub hissəsində törədilib. Burada bir nəfər ölüb, 6 nəfər yaralanıb./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ