RU
Bahalaşmadan sonra
12:42
3301

Bahalaşmadan sonra

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin həkimi Əfsanə Bayramova pasiyentinə eroziv qastrit diaqnozu qoyaraq resepti bayatı 
şəklində yazıb: 

Əzizinəm, səbr elə, 
Ağrın keçər, səbr elə
Acından günorta dur
Pəhriz saxla, səbr elə.

Bahalaşmadan sonra -Hepatit xəstəsinə bayatılı resept

Açıqlama verən həkim deyir ki, Ağcabədi rayonundan gələn xəstəsi çox kasıb olduğundan dərmanları ala bilməyəcəyini deyib:
“Ağcabədidən gələn pasiyentim dedi ki, kasıbdır və dərmanları ala bilməyəcəy, bir –iki ay onu yola verim. Mən də əlacsız qalıb resepti bayatı ilə yazdım. Əslində pasiyentimdə həm eroziv qastrit, həm də hepatit idi. Yəni müalicəsi vacib olan bu xəstəliklər üçün dərman almağa pulu yox idi”. /interpress

7News.Az

Bahalaşmadan sonra -Hepatit xəstəsinə bayatılı resept

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ