RU
Bahar Muradova
12:11
1000

Bahar Muradova

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək "Dinlər terrorizmə qarşı" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə səfərdə olacaq.

7News.Az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Astana şəhərində keçiriləcək toplantıda vitse-spiker mövzu ilə əlaqədar çıxış edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ