RU
Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklərini lazımınca yerinə yetirir
13:52
609

Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklərini lazımınca yerinə yetirir

Dekabrın 15-də Azərbaycan parlamentində "Uşaqlar üçün qanunvericilik: Milli Məclis-UNICEF əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan Hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir. Bu məsələ ölkə qanunvericiliyində daim diqqətdədir.

Bahar Muradova qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ötən 25 il ərzində uşaq hüquqlarının qorunması üçün əlaqələndirilmiş fəaliyyətə üstünlük verib. Ölkəmiz bu sahə ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulub və həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir.

Milli Məclis sədrinin müavini Azərbaycanın UNICEF ilə əməkdaşlığının ötən illərdə daha da inkişaf etdiyini vurğulayıb.

 

7News.Az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ