RU
Bağırov Qarabağı istəyən ermənilərə hansı cavabı vermişdi? - MƏKTUB
14:24
1321

Bağırov Qarabağı istəyən ermənilərə hansı cavabı vermişdi? - MƏKTUB

Mircəfər Bağırov Azərbaycanın birinci katibi olduğu dövrdə ermənilər ona Qarabağın Ermənistana verilməsi haqda məktub göndərib.
Bu barədə 1965-ci ildə Şuşa rayon mərkəzi komitəsinin birinci katibi olmuş, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində işləyən Arif Ağakişiyev danışıb.

Onun sözlərinə görə, Xuruşov yenicə SSRİ-nin birinci katibi olanda ermənilər Qarabağ kartını yenidən ortaya atmağa başladılar: "Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Qriqori Artyunov Mircəfər Bağırova məktub göndərdi. Məktubda deyilirdi ki, xaricdən çoxsaylı ermənilər sovet Ermənistanına köçür, onları yerləşdirmək problemləri var. Buna görə də Dağlıq Qarabağın Ermənistana verilməsi xahiş edilirdi”.

A.Ağakişiyev Bağırovun cavabının olduqca maraqlı olduğuna diqqət çəkib.

"Bağırov göndərilən məktuba dərhal cavab verilməsi tapşırığı verdi. Cavabda bildirilirdi ki, "Bəli, biz Dağlıq Qarabağı Ermənistana verməyə razıyıq, lakin o şərtlə ki, daha əvvəl alınan torpaqlar Azərbaycana qaytarılsın”. Bağırovun bu cavabından sonra ermənilər uzun müddət Qarabağ haqqında danışmadı. Bu məsələni bir də 1960-cı illərdə qaldırdılar”, - deyə o bildirib.

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ