"Bakcell Arena”da işıqların sönməsi nəticəsində yaranmış problem aradan qaldırılıb.
"Neftçi” – "Sabah” matçının 27-ci dəqiqəsində işıqların sönməsi nəticəsində yarımçıq dayandırılmış oyun yenidən davam etdirilib.
Belə ki, arenanın generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.
Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.
19:01
Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi” – "Sabah” matçında xoşagəlməz hadisə baş verib.
Oyun ilk hissə davam edərkən yarımçıq dayandırılıb.
Buna səbəb oyunun keçirildiyi "Bakcell Arena”da işıqlar sönməsidir.
Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.
Qeyd edək ki, oyun dayandırılana qədər matçda qolsuzluq bərabərlik olub. /oxu
7NEWS.Az








