RU
Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir
11:09
362

Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir

3D çapı, Virtual Reallıq proqram təminatı və avadanlığın yaradılması sahəsində yeni  imkanlar artıq hamı üçün açıqdır
 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak etmək üçün  növbəti çağırışını elan edir.  
 
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı ümumiyyətlə, ideya və marağı olan hər kəs AppLab proqramının təklif etdiyi geniş  imkanlardan faydalana bilər. Bunun üçün qeydiyyatdan keçmək və maraq göstərilən sahə üzrə  ideyanı bölüşmək lazımdır.
 
Qeydiyyat prosesi 25 yanvar 2017-ci il tarixindən 25 fevral 2017-ci il tarixinədək davam edəcək.
 
Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə http://applab.bakcell.com/registration/ səhifəsinə daxil olaraq, yuxarıda qeyd olunmuş müddət ərzində anket formasını doldurmalıdırlar.  Qeydiyyat müddəti bitdikdən sonra təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və Seçim  Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində AppLab proqramında iştirak etmək imkanına malik olacaqlar. Bu  müddət ərzində Bakcell şirkəti proqram iştirakçılarına fərdi şəkildə məhsul və ya xidmətlərin  inkişaf etdirilməsi və bazara təqdim olunması istiqamətində dəstək göstərəcək.
 
Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, ünvanında (Sahil bağının  yaxınlığında) yerləşən AppLab ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün  nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər. "Bakcell”in əməkdaşları, Qualcomm şirkətinin və AppLab  proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və  məsləhətlərlə təmin edəcək.  Qeyd etmək lazımdır ki, seçilmiş developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq, Bakcell şirkəti AppLab proqramı çərçivəsində yaradılan layihələr üzərində heç bir mülkiyyət hüququ iddiası irəli sürmür. Şirkətin  başlıca məqsədi ölkənin milli "startap” icması üçün adekvat mühitin yaradılmasında aparıcı rola  malik olmaqdır. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə  təmin etməklə yanaşı "Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlərə ildə  təxminən 70.000 İngilis funt sterlinqi məbləğində investisiyalar əldə etmək imkanı yaradır. Bu  investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ