Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Bank of Baku və Bakcell "Ulduzum”dan xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.
18 may-18 avqust 2018-ci il tarixlərini əhatə edəcək
lotereya "Bank of Baku”nun xidmətlərindən faydalanan bütün Bakcell abunəçiləri
üçün nəzərdə tutulub. Belə ki, lotereya çərçivəsində 1 nəfər "Bakcell” abunəçisi
olan "Bank of Baku” müştərisi qalib olaraq seçiləcək və uduş fondunun əsas hədiyyəsi
olan Dubaya 1 nəfərlik səyahət qazanacaq. Uduş paketinəBakı-Dubay-Bakıistiqaməti
üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün
qalmaq haqqı,havalimanından otelə və oteldənhavalimanına
transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi isə
"iPhone” mobil telefonuna sahib olacaq. Digər iştirakçıları isə bol-bol hədiyyələr
gözləyir.
Lotereyada iştirak hüququ qazanmaq üçün Bakcell abunəçiləri "BOB” sözünü 5555
nömrəsinə SMS vasitəsilə göndərməlidir (SMS pulsuzdur). Cavab SMS-i vasitəsilə
abunəçiyə müvafiq "Ulduzum” kodu göndəriləcək. Qeyd edək ki iştirakçı tərəfindən
əldə edilən kod yalnız bir dəfə istifadə edilə bilər. Gün ərzində hər bir abunəçi
10 dəfə kod əldə edə bilər və hər bir kodun etibarlılıq müddəti 24 saat təşkil
edir. Belə ki, abunəçi əldə olunmuş "Ulduzum” kodunu "Bank of Baku”nun istənilən
filialında təqdim etməklə, bankın aşağıdakı xidmətlərindən istifadə zamanı
müvafiq hədiyyə və lotereya şansları qazanacaq:
-20.000 AZN-dək nağd pul krediti götürüldükdə 100 şəbəkədaxili dəqiqə və 300
meqabayt İnternet, illik faiz dərəcəsinə 5% endirim və 3 lotereya şansı;
-"Bolkart” kredit kartı ilə 100 AZN-dən çox alış-veriş etdikdə 100 şəbəkədaxili
dəqiqə və 200 meqabayt İnternet və 1 lotereya şansı;
-Bankın ödəniş terminalları vasitəsilə təcili pul köçürmələri etdikdə, 100 şəbəkədaxili
dəqiqə və 1 lotereya şansı;
-"Bolkart” debet kartı əldə etdikdə 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı
qazanacaq.
Lotereyanın əsas qalibləri 21.08.2018-ci il tarixində avtomatik qaydada xüsusi
kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən ediləcək.
"Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” stimullaşdırıcı tirajlı
lotereyanın şərt və qaydaları haqqında ətraflı məlumatla www.ulduzum.az səhifəsinə
daxil olmaqla və ya Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə tanış
ola bilərsiniz.








