"Bakcell" şirkəti yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim edir.
Şirkətdən bildirilib ki, artıq “CIN” abunəçiləri 10 qəpik ödəməklə gündəlik internet paketini ikiqat həcmdə əldə edə bilərlər. Sentyabrın 1-dən aktivləşdirilən kampaniya çərçivəsində asanlıqla 25 meqabayt (Mb) əvəzinə 50 Mb həcmində yüksək sürətli mobil internetdən yararlanmaq mümkündür.
“4G xidmətinin istifadəyə verilməsindən sonra şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə olunur. Abunəçilərə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edilir. Bu kampaniya çərçivəsində istifadəçilər eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”,- deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Gündəlik internet paketinin aktivləşdirilməsi üçün telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. İnternet paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən pulsuz faydalana biləcəklər. İnternet paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 50 qəpik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra internet paketi hər gün yenilənəcək və balansa gündəlik 50 Mb həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.
7News.az








