RU
Bakı aeroportunda sistemdə problem yarandı
18:35
83

Bakı aeroportunda sistemdə problem yarandı

Heydər Əliyev Beynəlxalq Aeroportu​na eniş edən sərnişinlər sıxlıqla üzləşib.

Buna səbəb Dövlət Sərhəd Xidmətinin sistemində yaranan problem olub. Belə ki, DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməyə məcbur olub.
Bu da pasport yoxlama məntəqəsinin önündə uzun növbə yaradıb.

Yenicə əldə etdiyimiz məlumata görə isə problem aradan qaldırılıb. Hazırda sərnişinlərin növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılmasına başlanılıb.

DSX-dən 7NEWS.Az-a verilən məlumata görə, sözügedən problem 16:15-dən 16:50-ə qədər davam edib. Hazırda sərnişinlərin buraxılmasında heç bir problem yoxdur.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ