RU
Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb
13:54
574

Bakı Ali Neft Məktəbi tələbəsinin ölümü ilə bağlı məlumat yayıb

Bakı Ali Neft Məktəbi (BANM) tələbəsinin ölümü ilə bağlı məlumat yayıb.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib ki, BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Hüseyn Maarif oğlu Abbasov tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib: "Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyindən hadisənin mümkün səbəbləri barədə məlumat verilmir".

Onun sözlərinə görə, son vaxtlar tələbə özünə qapanıbmış: "Ötən bir ayda dərslərdə iştirak etməyib. BANM-in müvafiq qurumları da bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar".

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş verən hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər./Report


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ