Prezident İlham Əliyev ölkə isqisadiyyatında rəqabətli mühitin
formalaşması, daha əlverişli iqtisadi mühitin yaranması naminə sahibkarlara hərtərəfli
dəstək nümayiş etdirir
Təsadüfi deyil ki, prezident dəfələrlə sahibkarlara süni maneələr yaradan dövlət
məmurlarını sərt şəkildə tənqid edib və bu kimi neqativ hallara son qoyulmasını
tələb edib. Görünən isə odur ki, dövlət başçısının bu tənqidlərindən lazımı nəticə
çıxartmayan məmurlar da az deyil. Hər halda Savash.org-a Dövlət Gömrük Komitəsinin
Bakı Baş Gömrük İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı bir qrup sahibkarın
göndərdiyi şikayət belə düşünməyə əsas verir. Savash-a ünvanlanmış şikayətdə
iddia olunur ki, Bakı Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması,
onlardan qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib. Belə bir vəziyyət
adıçəkilən idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun
Bakı Baş Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb. Bununla
bağlı sahibkar C.Hamletli bunları deyir:
Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin
"karandaş əməliyyatı”". Əvvəl, indi başımıza gətirilən özbaşınalıqlar
yox idi. Hazırda isə vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi mallın dəyəri
ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən dəfələrlə
çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha çox rüsum
ödəməlidir. Konkret misalla belə təsəvvür edək ki, sahibkar İrandan dəyəri 5
min manatlıq mal gətirir, Bakı Baş Gömrük İdarəsində isə həmin məbləğ dəfələrlə
artılıraq gömrük bəyannaməsində özünü 20-25 min manat kimi göstərir. Bu və digər
qanunsuzluqlarla bağlı etdiyimiz çoxsaylı şikayətlər nəticəsiz qaldığından son
çarə kimi mətbuata üz tutmaq qərarına gəldik”.
Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda
olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə
karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin,
sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat
yaradır.
Baş verən özbaşınalıqlar bununla bitmir, sırada mebel monopoliyası var...
Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması, onlardan
qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib. Belə bir vəziyyət adıçəkilən
idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun Bakı Baş
Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb.
7NEWS.azGUNinfo.-ya istinadən bildirir ki,
Bakı Baş Gömrük İdarəsində hazırda vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi
mallın dəyəri ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən
dəfələrlə çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha
çox rüsum ödəməlidir.
Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin, sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat yaradır.
Beləki, qanunsuz həyata keçirilən səbəblər var ki,
shibkarlarla gömrükçülər arasında ciddi narazılıqlar yaranır. Bu halların ən
ciddisi monapolistlərdir. Çünki bu monopolistlər birbaşa Bakı Baş Gömrük İdarəsinin
rəhbəri Kənan Məmmədovdan güc aldığı deyilir. İddialara görə gömrükdə Sənan
adlı mebil monopolisti peyda olub. Kimsə xaricdən evinə mebil alıb gətirərsə Sənanın
icazəsi olmadan gömrükdən keçirilə bilməz. Bu ixtiyarıda Sənana yaxın dostu
Bakı Baş Gömrük İdarəsinin rəhbəri Kənan Məmmədovun verdiyi deyilir.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni
rəisi Kənan Məmmədovdur və o bundan əvvəl DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi
olub. O 16 milyon manat yeyintidə ittiham olunub. Amma çox keçmədən Kənan Məmmədova
həmin yeyinti ilə açılan cinayət işi ört, basdır edilib.
Mövzuyla bağlı araşdırmalarını davam etdirir,
sahibkarların şikayətləri əsasında hazırlayacağımız daha geniş məqaləni isə
yaxın günlərdə izləyə biləcəksiniz.
7NEWS.az








