RU
Bakı bulvarında bir nəfər özünü öldürmək istədi
12:10
440

Bakı bulvarında bir nəfər özünü öldürmək istədi

Məmmədov polisdə izahat verib.

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.

Dünən saat 16:30 radələrində 1981-ci il təvəllüdlü Məmmədov Mais Knyaz oğlu özünü dənizə atmaqla intihar etməyə cəhd edib.

Dənizkənarı Milli Parkın ərazisindəki şəxslərin köməkliyi ilə intihara cəhdin qarşısı alınıb.

Mais Məmmədov polisdə izahat verib. O bildirib ki, maddi-sosial problemləri ilə bağlı özünü öldürmək istəyib.

Məlum olub ki, 34 yaşlı bu şəxsin 3 övladı olmasına baxmayaraq həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Bununla əlaqədar sosial yardım ala bilmir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ