Dənizkənarı Milli Parkda intihar edən şəxsin kimliyi məlum olub.
Bu gün 08.35-də Dənizkənarı park ərazisində 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini Dilrubə Rüstəmova Xalid qızın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib./oxu
30.12.2019 15:10
Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
7News.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
7News.Az








