Bakıda avtomobil piyadanı vurub.
Məmmədov Kənan Rahin oğlu idarə etdiyi «Chevrolet cobalt» markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.








